Qara Qarayev metrosu yaxınlığında 9 sot torpaq sahəsində yerləşən, şəxsi yaşayış üçün inşa edilmiş möhtəşəm villa satışa çıxarılıb.
Ümumi sahəsi 480 kv.m olan bu ev genişliyi, rahat planlaşdırılması və keyfiyyətli tikintisi ilə seçilir. Villa ailəvi yaşayış üçün nəzərdə tutulmuş və bütün zəruri şəraitlə təmin edilmişdir.
Evin hər mərtəbəsində sanitar qovşaq mövcuddur. Həyətdə əlavə sanitar qovşaq, yay mətbəxi və 2 avtomobillik qaraj yerləşir. Geniş həyəti, rahat otaqları və funksional quruluşu evə xüsusi komfort qazandırır.
Ərazi infrastrukturu baxımından əlverişli məkanda yerləşir və gündəlik tələbat üçün lazım olan bütün obyektlərə yaxınlığı ilə seçilir.
Əlavə məlumat almaq və evə baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz. Real alıcı ilə qiymətdə razılaşma nəzərdə tutulur.
Şirkət xidmət haqqı 1%.